Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub

  30 Noyabr 2020    Oxunub : 2116
 Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub
Azərbaycan Tibb Universitetinin (ATU) 3 tələbəsi avtomobil qəzasında dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova məlumat yayıb. O bildirib ki, bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar:

"Digər tələbəmiz İlkin Ağamirzəyev ağır yaralanıb. Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar".

Qeyd edək ki, dünyasını dəyişən Tuncay Məmmədov və Sahil Mustafazadə ATU-nun V kurs tələbələri, Yeganə Məmmədova isə Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs tələbəsidir.

Azvision.az

Teqlər: Tələbə   Qəza