Xınalığa 16 sm hündürlükdə qar yağıb

  30 Noyabr 2020    Oxunub : 1315
Xınalığa 16 sm hündürlükdə qar yağıb
Ötən gün axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Azvision.az -ın məlumatına görə, Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr qar yağıb.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 9 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.

Azvision.az

Teqlər: Qar   Xınalıq