Ağcabədidə 11 COVID-19 xəstəsi saxlanıldı

Ağcabədidə 11 COVID-19 xəstəsi saxlanıldı
  30 Noyabr 2020    Oxunub:1752
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş ümumilikdə 11 COVID-19 xəstəsi müəyyən edilib.

Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar.

Onlarla bir daha profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Ağcabədi   Koronavirus  





Xəbər lenti