Azad olunan ərazilərdə minlərlə mina zərərsizləşdirilib

  30 Noyabr 2020    Oxunub : 1749
 Azad olunan ərazilərdə minlərlə mina zərərsizləşdirilib
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 27 sentyabr-30 noyabr tarixlərində 2061 siqnal əsasında 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.
Azvision.az xəbər verir ki, bunu ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.

"727 ədəd partlamamış hərbi sursat (PHS), 4 330 ədəd piyada əleyhinə mina, 1 110 ədə tank əleyhinə mina, 1 743 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 393 ədəd 9N235 bombacıqları, 10 730 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 168 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmiş), 2 ədəd raketin mikro sxemi və 1 643 ədəd partlamamış raket hissələri aşkar olunub" - Q.Əhmədov bildirib.

Azvision.az

Teqlər: ANAMA   Mina