DİN tələbələrin öldüyü qəza ilə bağlı məlumat yaydı

DİN tələbələrin öldüyü qəza ilə bağlı məlumat yaydı
  30 Noyabr 2020    Oxunub:2169
Noyabrın 30-da saat 1 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü və sərnişinlərindən Ağcabədi rayon sakini Yeganə Məmmədova, Qəbələ rayon sakini Sahil Mustafazadə hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olan şəxslər Azərbaycan Tibb Universitetinin (ATU) tələbələridir.

Azvision.az


Teqlər: Qəza   Yol  





Xəbər lenti