Dəmir yolu körpüsünün tikintisi başa çatdı - FOTOLAR

Dəmir yolu körpüsünün tikintisi başa çatdı -    FOTOLAR
  01 Dekabr 2020    Oxunub:1806
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edir.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.













Azvision.az


Teqlər: Xırdalan   Körpü   AAYDA  





Xəbər lenti