Qadın sürücünün yolunu kəsən şəxs həbs edildi
Məlum olub ki, noyabr ayının 28-də baş verən hadisə zamanı 99-VM-967 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini olan Təhməzov Vüqar Musa oğlu idarə “Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman dəfələrlə manevr qaydalarını pozub və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb. İş üzrə aparılan araşdırmaları davam etdirmək məqsədilə sürücü V.Təhməzov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təhvil verilib. Sürücü Vüqar Təhməzov barəsində Polis Bölməsində inzibati protokol tərtib olunaraq baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin noyabrın 30-da qəbul edilmiş qərarı ilə V.Təhməzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada həbs edilib.
Azvision.az