Maşından pul və qızıl oğurlanıb

Maşından pul və qızıl oğurlanıb
  01 Dekabr 2020    Oxunub:1565
Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə rayon ərazisində avtomobillərdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində K.Nəsrullayevə məxsus avtomobildən 1140 manat pul və müxtəlif qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Teymurov saxlanılıb.

Azvision.az


Teqlər: Maşın   Oğurluq  





Xəbər lenti