Bakıda ağır qəza, ölən var

Bakıda ağır qəza, ölən var
  01 Dekabr 2020    Oxunub:1925
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində şəhər sakini N.Rzayevanın idarə etdiyi “Chevrolet” və Goranboy rayon sakini Orxan Aslanovun idarə etdiyi “VAZ-2102” markalı avtomobillər toqquşub. Qəza nəticəsində O.Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Qəza  





Xəbər lenti