TƏBİB Laçının səhiyyə statistikasını açıqladı
Qeyd olunub ki, hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir.
"Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır. Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxtakörpü qəsəbəsində fəaliyyət göstərir. Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!",- məlumatda qeyd olunub.
Azvision.az