17 cinayətin üstü “isti izlər”lə açılıb

  01 Dekabr 2020    Oxunub : 1407
17 cinayətin üstü “isti izlər”lə açılıb
Ötən gün ərzində törədilmiş 17 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət