Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
  02 Dekabr 2020    Oxunub:1247
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti