Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Biləsuvar rayonunun ərazisindəki qapı-pəncərə sexlərindən birindən müxtəlif adda ümumilikdə 1790 manat dəyərində qapı və pəncərə düzəltmək üçün istifadə olunan avadanlıqların oğurlanması ilə bağlı Biləsuvar RPŞ-yə müraciət edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Biləsuvar şəhər sakini S. Abdallı olduğu müəyyən edilib. Oğurlanmış avadanlıqların bir qismi həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Azvision.az