Karantin qaydalarını pozan restoran sahibi cərimələndi

Karantin qaydalarını pozan restoran sahibi cərimələndi
  03 Dekabr 2020    Oxunub:1187
Kürdəmirdə karantin rejimi qaydaları ciddi şəkildə pozularaq gizlin fəaliyyət göstərən restoran aşkarlanıb və sahibi cərimə olunub.
Azvision.az xəbər verir ki, gizli fəaliyyət göstərən “Qarabağ” restoranı rayonun Xırdapay kəndi ərazisində aşkar edilib və sahibi Hacıyev Baqir İlham oğlu saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onunla profilaktik söhbət apardıqdan sonra işinə hüquqi qiymət verilməsi üçün Kürdəmir rayon məhkəməsinə aparılıb. Sonda məhkəmənin qərarı ilə Baqir Hacıyev karantin qaydalarını ciddi şəkildə pozduğuna görə 3 min manat cərimə olunub.

Azvision.az


Teqlər: Karantin   Restoran  





Xəbər lenti