Evdən çıxan daha 2 koronavirus xəstəsi aşkarlandı

Evdən çıxan daha 2 koronavirus xəstəsi aşkarlandı
  03 Dekabr 2020    Oxunub:1907
Cəlilabad və Masallıda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad rayon sakini Mülayim Seydanov və Masallı rayonunun Səmidxan kənd sakini Əli Məlikov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.



Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və M. Seydanov Cəlilabad şəhəri ərazisində, Ə.Məlikov isə Masallı rayonunun Səmidxan kəndindəki uşaq bağçasının qarşısında aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Azvision.az


Teqlər: Cəlilabad   Masallı   Koronavirus  





Xəbər lenti