Ağdamda qədim dövrə aid mədəniyyət nümunələri tapıldı

  03 Dekabr 2020    Oxunub : 1516
 Ağdamda qədim dövrə aid mədəniyyət nümunələri tapıldı
Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri - iki ədəd saxsı qab və çoxlu saxsı qırıntılar aşkar olunub.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, aşkar edilən mədəniyyət nümunələri Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Muzeyin direktoru Ülvi Qədirov aşkar olunan saxsı qablardan birinin qara cilalı olmasının maraq doğurduğunu deyib, bu qabın muzeydə qara cilalı ilk saxsı eksponat olduğunu deyib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov isə bildirib ki, tapıntılar son tunc - erkən dəmir (e.ə. XII-XI əsrlər) dövrünə aiddir və yaxınlıqdakı Palıdlı nekropolunun materialları ilə eyni tiplidir.

Azvision.az

Teqlər: Ağdam   AMEA