İsmayıllıda koronavirus xəstəsinə cinayət işi açılıb

İsmayıllıda koronavirus xəstəsinə cinayət işi açılıb
  03 Dekabr 2020    Oxunub:1823
İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Göytəpə kənd sakini Yusif Mirzəliyevin COVİD-19 testinin

nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib. Lakin Y.Mirzəliyev infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən o, yaşadığı ünvana geri göndərilib.

İsmayıllı Rayon Polis Şöbəsində Y.Mirzəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: İsmayıllı   Koronavirus  





Xəbər lenti