Zəngilanda yol qəzası, sürücü öldü

Zəngilanda yol qəzası, sürücü öldü
  03 Dekabr 2020    Oxunub:1668
Zəngilan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 2-i saat 12 radələrində Zəngilan rayonu ərazisində İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Zəngilan   Yol   Qəza  





Xəbər lenti