Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı
  03 Dekabr 2020    Oxunub:1433
Yevlax və Gəncədə oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazindəki 2 həyətdən müxtəlif əşyalar və ev quşları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nadirov saxlanılıb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki idman kompleklərinin birindən 875 manat dəyərində 4 ədəd qapı, 3 qapı kilidi və hamam aksesuarları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: Yevlax   Gəncə   Oğurluq  





Xəbər lenti