Biləsuvarda ağır qəza: 1 ölü, 3 yaralı

Biləsuvarda ağır qəza:    1 ölü, 3 yaralı
  03 Dekabr 2020    Oxunub:1762
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 2-də saat 15 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində rayon sakini C.Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorla Ağayrı kənd sakini Bəxtiyar Baxşıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşub.

Nəticədə B.Baxşıyev və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Biləsuvar   Qəza   DİN  





Xəbər lenti