Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, araşdırmalar zamanı Sevda Quliyevanın İmişli rayonunda yaşayan sakinləri dələduzluq edərək müxtəlif bəhanələrlə aldatması nəticəsində ayrı-ayrı vətəndaşlara 90 min manatdan artıq məbləğdə ziyan vurduğu müəyyən edilib.
S.Quliyevanın analoji cinayətlər törətdiyi də istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və İmişli Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
Azvision.az
Teqlər:
İmişli
Dələduzluq