Siyəzəndə yük maşını aşıb, ölən var

Siyəzəndə yük maşını aşıb, ölən var
  04 Dekabr 2020    Oxunub:1898
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Şıxməmmədov Əli Nurməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti