Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edilib
  04 Dekabr 2020    Oxunub:1523
Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 3-də saat 19 radələrində Binəqədi rayonu ərazisində bir nəfər Bakı şəhər sakini F.Tağıyevanın içərisində pulu və mobil telefonu olan çantasını alıb qaçarkən ərazidə xidmət aparan rayon Mühafizə İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində saxlanılaraq 5-ci Polis Bölməsinə təhvil verilib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Fərəməzov olması müəyyən edilib.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Soyğunçuluq  





Xəbər lenti