Siyəzəndə “KamAZ” aşıb, sürücü ölüb

Siyəzəndə “KamAZ” aşıb, sürücü ölüb
  04 Dekabr 2020    Oxunub:1596
Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 3-də saat 18 radələrində Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində Xaçmaz rayon sakini Əli Şıxməmmədov idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Siyəzən   Qəza  





Xəbər lenti