Velosiped sürən şəxsi maşın vurub öldürdü

Velosiped sürən şəxsi maşın vurub öldürdü
  04 Dekabr 2020    Oxunub:1657
Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 3-də saat 15 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Yevlax rayon sakini S.Hüseynov idarə etdiyi “MAN” markalı qoşqulu yük avtomobili ilə yolun kənarında velosiped sürən kənd sakini Əlmurad İsrafilovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən raşdırma aparılır.

Azvision.az


Teqlər: Kürdəmir   Qəza   DİN  





Xəbər lenti