Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  04 Dekabr 2020    Oxunub:2073
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 3-də saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini R.Zülfüqarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Arzuman İbrahimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti