Axtarışda olan 22 nəfər saxlanılıb

Axtarışda olan 22 nəfər saxlanılıb
  04 Dekabr 2020    Oxunub:1904
Ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Axtarış   Cinayət   DİN  





Xəbər lenti