Samuxda evdə partlayış olub, xəsarət alan var

Samuxda evdə partlayış olub,    xəsarət alan var
  05 Dekabr 2020    Oxunub:1165
Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN   Samux  





Xəbər lenti