Vaşinqtonda Vətən müharibəsi şəhidləri anılıb
Ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə öz həyatlarını qurban vermiş qəhrəman zabit, gizir və əsgərlərimiz, habelə soydaşlarımızın xatirəsinin daim yüksək fəxarətlə yad edilməsinin, onların ailələrinə dəstəyimizin əsirgənməməsinin vacibliyi səfir Elin Süleymanov tərəfindən vurğulanıb.
Səfir şəhidlərimizin vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın şanlı səhifəsinə öz qanları ilə tarix yazdıqlarını, bugün hər birimizin onlara borclu olduğumuzu diqqətə çatdırıb. Torpaqlarımızın işğaldan azad olunmasından sonra, daha fəal şəkildə Azərbaycan həqiqətlərinin və ölkəmizin haqq səsinin ABŞ ictimai-siyasi dairələri arasında təbliğ olunmasının, bölgəmizin inkişafı naminə səylərin daha da genişləndirilməsinin vacib olduğu bildirilib.
Azvision.az