Xırdalanda iki evdə yanğın olub

Xırdalanda iki evdə yanğın olub
  05 Dekabr 2020    Oxunub:1474
Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin ondulindən ibarət dam örtüyü, içərisində 3 ədəd məişət avadanlığı və bitişik ümumi sahəsi 48 m² olan digər birmərətəbəli evin ondulindən ibarət dam örtüyü yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Xırdalan   Yanğın   FHN  





Xəbər lenti