Göyçayda evdən çıxan koronavirus xəstəsi aşkarlandı

Göyçayda evdən çıxan koronavirus xəstəsi aşkarlandı
  05 Dekabr 2020    Oxunub:1751
Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az a verilən məlumata görə, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Göyçay   Koronavirus  





Xəbər lenti