Azərbaycanda cinayətlərin sayı azalıb - Statistika

 Azərbaycanda cinayətlərin sayı azalıb -  Statistika
  05 Dekabr 2020    Oxunub:1775
2020-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 13310 cinayət faktı qeydə alınıb. Bu da 2019-ci ilin ilin müvafiq dövrünün göstəricisindən 1,7 faiz azdır.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 3 faiz azalaraq 132 olub. Onların 59,1 faizi az ağır, 27,4 faizi böyük ictimai təhlükə törətməyən, 13,5 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Cinayətlərin strukturunda 2646 hadisə şəxsiyyət əleyhinə, 5339 hadisə iqtisadi sahədə törədilən, 4661 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 661 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 193 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 3-ü isə digər cinayətlərdir.

Qeydə alınmış həyat və sağlamlıq əleyhinə olan cinayətlərdən 1502-si qəsdən sağlamlığa yüngül zərər vurma, 296-sı qəsdən sağlamlığa az ağır zərər vurma, 184-ü qəsdən sağlamlığa ağır zərər vurma, 114-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 13-ü əzab vermə, 10-u ehtiyatsızlıqdan adam öldürmə, qalanları isə digər cinayətlərə aiddir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Cinayət   Statistika  





Xəbər lenti