18 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

   18 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
  05 Dekabr 2020    Oxunub:1690
Dekabrın 3-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxslər ictimai yerlərdə aşkar ediliblər.

Saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti