Lənkəran sakini qohumunun evindən oğurluq etdi
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, Aşağı Nüvədi kənd sakini M.Dadaşov olduğu müəyyən edilib. Oğurlanmış əşyalar həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Azvision.az