Bakıda yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB

Bakıda yanğın olub, sakinlər təxliyə edilib -  YENİLƏNİB
  05 Dekabr 2020    Oxunub:3495
Bakı şəhərinin Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanır. Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Yaşayış binasının şaxtasında yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Bakı   Yanğın  





Xəbər lenti