Qəhrəmanlıq dastanı yazan şəhid zabit... - VİDEO

   Qəhrəmanlıq dastanı yazan şəhid zabit... -    VİDEO
  07 Dekabr 2020    Oxunub:3060
Əsğərləri onu qayğıkeş komandir kimi xatırlayır. Hər bir əsgərinə xüsusi diqqət göstərər, şəxsi heyyətin sağlamlığını nəzarətdə saxlayardı. Onu sevdirən də elə bu xüsusiyyətləri idi.
O, döyüş meydanında bir an belə tərəddüd etmədən əsgərlərini ölümdən qurtarar, özünü heç düşünməzdi.

Söhbət taqım komandiri, 31 yaşlı şəhid kapitan Elçin Tağıyevdən gedir. Bir neçə uğurlu əmiliyyatda iştirak edən Elçin Tağıyev düşmən qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib.



Elçin Tağıyevin hərbə marağı uşaq yaşlarından yaranıb. Cəmşid Naxçıvanski adına hərbi liseysə daxil olub. Oranı əla qiymətlərlə bitirən Elçin zabit kimi fəaliyyətə başlayıb. Elçindən sonra hərbi həkim peşəsinə yiyələnən qardaşı deyir ki, onun eyni istiqamətdə döyüşüblər. Hər gün bir-birilərindən xəbər tutan qardaşlar sonuncu dəfə oktyabrın 1-də danışıblar.

Sonra Elçinin taboru Talış istiqamətində gedən döyüşlərə qatılıb. O, bu döyüşlərdə yaralanıb. Amma özü yaralansa da, döyüş meydanından ilk növbədə yaralı əsgərlərin çıxarılmasını əmr edib. Uzun sürən xilasetmə əməliyyatında kapitan Elçin Tağıyev şəhid olub.

Anası Ayna Tağıyeva iki hərbiçi oğlundan birini müharibədə itirsə də, oğlunun igidliyi ilə fəxr etdiyini bildirib. Deyir ki, oğlu üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib.

Ölümündən qabaq ona mayor hərbi rütbəsi verilmişdi.

Azvision.az


Teqlər: Şəhid   Zabit  





Xəbər lenti