Oğlunu və gəlinini baltalayan kişi tutuldu
Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Mehdi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Bakı Qaynata Oğul Gəlin