Koronavirus xəstəsi olan qardaşlara cinayət işi açıldı

Koronavirus xəstəsi olan qardaşlara cinayət işi açıldı
  08 Dekabr 2020    Oxunub:1569
Ağsuda Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağsu rayon sakinləri-Cövdət və Rüfət Həsənov qardaşlarının və Sənani Əhmədovun COVİD-19 testlərinin nəticələri pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb.



Buna baxmayaraq həmin şəxslər qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər və digərlərinin də sağlamlığına real təhlükə yaradıblar. Keçirilən tədbirlər nəticəsində onların rayon ərazisində olduqları yerlər müəyyən olunub. Həmin yerlərə həkim briqadası dəvət edilib və polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara geri göndəriliblər.

Hər üç şəxs barəsində Ağsu RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az




Teqlər: Ağsu   Koronavirus  





Xəbər lenti