Koronavirus xəstəsi karantin postunda saxlanıldı

Koronavirus xəstəsi karantin postunda saxlanıldı
  09 Dekabr 2020    Oxunub:891
Cəlilabadda karantin postundan keçmək istəyən aktiv COVID-19 xəstəsi aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad rayonunun girişində qurulmuş stasionar postda rayon ərazisinə daxil olmaq istəyən sürücülərdən birinin koronavirus infeksiyasının daşıyıcısı olduğu aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Cəlilabad rayonu ərazisinə daxil olmaq istəyən Biləsuvar rayonunun Xırmandalı kənd sakini Cavid Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.

Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxsə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq edilib və polis əməkdaşları tərəfindən yaşadığı ünvana qaytarılması təmin olunub.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Azvision.az




Teqlər: Cəlilabad   Koronavirus  





Xəbər lenti