Ağcabədidə yol qəzası, ölən var

Ağcabədidə yol qəzası, ölən var
  09 Dekabr 2020    Oxunub:1386
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonun Avşar kəndi ərazisində kənd sakini A.Mirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanan Hindarx qəsəbə sakini M.Əliyevə məxsus eyni markalı avtomobilə vurub, sonradan isə yaxınlıqda dayanan qəsəbə sakini M.Quliyevə dəyib.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. A.Mirzəyevin sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Ağcabədi   Qəza   Yol  





Xəbər lenti