Ucarda qardaşlar evdən qızıl saat oğurladı

Ucarda qardaşlar evdən qızıl saat oğurladı
  09 Dekabr 2020    Oxunub:1525
Ucarda oğurluqla məşğul olan iki qardaş saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 350 manat pul və 1500 manat dəyərində qızıl saat oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakini C.Bağırov və qardaşı F.Bağırov saxlanılıb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Ucar   Oğurluq  





Xəbər lenti