Neftçalada 5400 manatlıq oğurluq olub

Neftçalada 5400 manatlıq oğurluq olub
  09 Dekabr 2020    Oxunub:984
Neftçalada elektrik naqillərini oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-nə keçən gecə Qarabörk kəndi ərazisində 5400 manat dəyərində dirəklərarası 200 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Alpout kənd sakini A.Nuriyev saxlanılıb.

Faktla bağlı Neftçala Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Neftçala   Oğurluq   DİN  





Xəbər lenti