Evdən çıxan daha iki COVID-19 xəstəsi aşkarlandı

Evdən çıxan daha iki COVID-19 xəstəsi aşkarlandı
  10 Dekabr 2020    Oxunub:1579
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “Mercedes”markalı avtomobilin sürücüsünün COVID-19 xəstəsi olduğunu aşkar ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Goranboy rayon sakini karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

O, Mingəçevir şəhərinə daxil olmaq istəyərkən polislər tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan Mingəçevir şəhər sakini olan bir qadın da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları da gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.

Hər iki şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Mingəçevir   Koronavirus  





Xəbər lenti