Tərtərdə yanğın, 3 nəfər yaralanıb

   Tərtərdə yanğın,    3 nəfər yaralanıb
  10 Dekabr 2020    Oxunub:1160
Tərtər rayonunun Evoğlu kəndində ferma ərazisində ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı yaşayış üçün istifadə olunan tikilinin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanıq xəsarətləri almış 3 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Tərtər   Yanğın   FHN  





Xəbər lenti