Füzulidə koronavirus xəstəsi ictimaiyyət arasına çıxdı

Füzulidə koronavirus xəstəsi ictimaiyyət arasına çıxdı
  10 Dekabr 2020    Oxunub:1613
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxan rayon sakini Z.Vəliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.

Füzuli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Füzuli   Koronavirus  





Xəbər lenti