Telefon oğurlayan şəxs yaxalandı

Telefon oğurlayan şəxs yaxalandı
  10 Dekabr 2020    Oxunub:1331
Gəncədə mobil telefonlar oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən Azvision.az -a verilən məlumata görə, iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramov Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı rayon polis idarəsində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Gəncə   Telefon   Oğurluq  





Xəbər lenti