Sumqayıtda kafedən oğurluq olub

Sumqayıtda kafedən oğurluq olub
  10 Dekabr 2020    Oxunub:1422
Sumqayıtda kafedən pul və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən Azvision.az -a verilən məlumata görə, kafelərin birindən 200 manat məbləğində pul, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən R.Həsənov Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Sumqayıt   Oğurluq   DİN  





Xəbər lenti