Sumqayıt və Oğuzda yanğın olub

Sumqayıt və Oğuzda yanğın olub
  11 Dekabr 2020    Oxunub:1604
Sumqayıt şəhərində ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan mebel sexinin yanar konstruksiyaları və sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının taxtadan ibarət dam örtüyü 2 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata görə, Oğuz rayonunda ümumi sahəsi 208 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 48 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti