Sülhməramlılar Qarabağda qəzaya düşdü: Ölənlər var

 Sülhməramlılar Qarabağda qəzaya düşdü:    Ölənlər var
  11 Dekabr 2020    Oxunub:8591
Dağlıq Qarabağda Rusiya sülhməramlılarına məxsus avtomobil qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Hadisə Xankəndi-Əsgəran yolunda qeydə alınıb.

Məlumata görə, “Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus “Ural”a çırpılıb. Hadisə nəticəsində “Suzuki”nin sürücüsü və sərnişini həlak olub.

Azvision.az


Teqlər: Qəza   Qarabağ  





Xəbər lenti