Yasamalda yanğınla nəticələnən partlayış olub

Yasamalda yanğınla nəticələnən partlayış olub
  11 Dekabr 2020    Oxunub:1341
Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan üçotaqlı mənzilin eyvanında yanğınla nəticələnən partlayış baş verib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində 1 ədəd məişət texnikası yanıb. Partlayış dalğasının təsirindən tavan örtüyü (lambirindən ibarət) çöküb, eyvanın divarları dağılıb və kərpic daşları binanın həyətindəki minik avtomobillərinin (3 ədəd) üzərinə düşüb.

Hadisə zamanı ev sahibi yanıq xəsarətləri alıb və ona Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən hadisə yerində ilkin yardım göstərilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: Bakı   Yanğın   Partlayış  





Xəbər lenti